6 ədəd kiçik badımcan (təzminən 12 cm uzunluğu, 4 cm diametri olan)
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
İçi Üçün:
4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 g çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan – soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər – xırda doğranmış
doğranmış pomidor içi * (reseptə bax)
1 stəkan xırda doğranmış reyhan
½ stəkan bişmiş ləpə (1/4 stəkan quru ləpəni bir az duz qatılmış suda qaynadıb, bişirin)
zövqə görə duz
zövgə görə istiot
1.Əvvəlcə tərəvəzləri hazırlayın.
Badımcan: Badımcanları aşağıda verilən iki üsuldan birini istifadə edərək hazırlayın.
Üsul 1: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.
Üsul 2: Badımcanları suda pörtmək əvəzinə qızardın. Bunun üçün, əvvəlcə saplağını kəsin. Bıcaqla “qarnını” şəkildə gördüyünüz kimi kəsin. Badımcanları soyuq su və 2 xörək qaşığı duz olan ləyənə qoyub və üstlərini ağırlıqla örtüb 20 dəqiqəliyinə kənara qoyun. Bu, badımcanların acısı çıxması üçün edilir. Acısı çıxan badımcanları sudan çıxardıb, qurulayın. Tavada bol-bol yağ qızdırıb, bu yağda badımcanların hər tərəfini qızardın. Yağdan çıxardıb salfet və ya kağız dəsmal üzərinə qoyaraq yağını süzdürün.
Bibərlər: Bibərlərin saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.
Pomidorlar: Pomidorların saplağını şəkildə gördüyünüz kimi, yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın – bunu ətli iç üçün istifadə edəcəksiniz*
2. İndi isə içi hazırlayın. Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib suyu çəkilənə və qızaranadək r bişirin. Soğanı ətə əlavə edib, birlikdə bir az da qızardın. Doğranmış pomidor* və bibəri əlavə edib, 5 qədidə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. İstifadə edirsinizsə, ləpə də əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.
3. Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin.
Nuş Olsun!