1 quzu qabırğası
Duz
Istiot
Bir neçə qaşıq qurudulmuş kəklikotu
2 çay qaşığı yağ (əridilmiş yağ daha məsləhətdir)
Soyuducuda bir quzu qabırğanız və masa arxasında ac, yemək gözləyən ailə üzvləriniz varsa, heç narahat olmayın- siz çox sadə və ləziz yemək hazırlaya bilərsiniz. Ət yeməklərinin həvəskarları quzu ətini çox bəyənirlər. Quzu ətinə bir az da kəklikotu qatmaqla onu daha ləziz etmək olar.
Bunu da qeyd edim ki, bu resept üçün heç bir marinad etmək lazım deyil. Əsas odur ki, istifadə etdiyiniz quzu eti təzə və kəklikotu ətirli olsun . Quzu ətini ya bir az yağda qızardıb (mən daha çox ərinmiş yağa üstünlük verirəm), ya da azca yağlanmış grildə hazırlaya bilərsiniz. Hər iki halda nəticədən məmnun qalacaqsınız.